Saytımızı qiymətləndirin


 
 

Baş direktorla müavininin rüşvət aldığı görüntülər - Video
Tarix: 01-03-2024 | Saat: 14:48
Bölmə:Karusel / Kriminal | çapa göndər

bas-direktorla-muavininin-rusvet-aldigi-goruntuler

Baş Prokurorluq Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxslərinin rüşvət almasını əks etdirən görüntüləri yayıb.

Qarabaginfo.az xəbər verir ki, görüntülərdə mərkəzin baş direktoru Elşən Mustafayevin və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri əks olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyeva Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Onların barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər