Saytımızı qiymətləndirin


 
 

Putin bu gün Rusiyaya və Qərbə mesajlar VERƏCƏK
Tarix: 29-02-2024 | Saat: 10:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin bu gün Rusiyaya və Qərbə mesajlar VERƏCƏK

Rusiya prezidenti Vladimir Putin bu gün parlament qarşısında illik hesabatla çıxış edəcək. Ölkənin gələcək 6 ili üçün inkişaf istiqamətlərini müəyyənləşdirəcək bu əsas hesabat hazırkı dövlət başçısının prezident seçkiləri ərəfəsində açıqlanacaq.


Putinin illik hesabatı çətin xarici siyasət vəziyyəti fonunda veriləcək: NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması, yeni sanksiyalar paketləri və Qərbin Avropa hərbçilərinin Ukraynadakı münaqişədə mümkün iştirakı ilə bağlı rezonanslı bəyanatları...
 

Qarabaqinfo.az xəbər verir ki, parlamentdəki mənbənin Ria Novosti-yə bildirdiyinə görə, Putin günorta saatlarında Federal Məclisdə çıxış edəcək.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajlarlar çıxış edir. Prezidentin müraciəti bir qayda olaraq, qanunların və fərmanların əsasını təşkil edir.
 

Məlumata görə, Putin hesabatın mətni üzərində şəxsən işləyir. Açıqlamasına bir neçə gün qalmış prezident hər gün onlarla iş xarakterli telefon və şəxsi əlaqə qurur - nazirlər, baş nazirin müavinləri, departament rəhbərləri və administrasiyanın köməkçiləri ilə danışır.
 

Rusiyalı senatorlar hesab edirlər ki, Putinin hesabatı və gözlənilən mesajları  Rusiyanın uzunmüddətli inkişaf vektorunu təyin edəcək. Prezident daxili siyasət, ölkənin sosial-iqtisadi inkişafı, xüsusi əməliyyatlar və təhlükəsizlik məsələlərinə toxuna bilər.
 

Putinin çıxışının bir hissəsinin xarici siyasət və geosiyasi məsələlərə həsr olunacağı və çox ciddi rezonans doğuracağı istisna edilmir. Ekspertlər hesab edir ki, Putin Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən ölkələrin iştirakı ilə yeni beynəlxalq formatlarla bağlı bəzi yeni təkliflər və ideyalar səsləndirəcək.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər