Saytımızı qiymətləndirin


 
 

Baş nazirdən aksiz markaları ilə bağlı QƏRAR
Tarix: 16-02-2023 | Saat: 11:02
Bölmə:Karusel | çapa göndər

Baş nazirdən aksiz markaları ilə bağlı QƏRAR

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nı təsdiqləyib.

 

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qaydalar qüvvəyə mindiyi tarixədək fəaliyyət göstərən, tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən subyektlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminə qoşulmaq barədə Dövlət Vergi Xidmətinin göndərdiyi bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində aşağıdakı qaydada fəaliyyət göstərirlər:

 

- tütün məmulatlarına Qaydalar qüvvəyə minənədək tətbiq edilən aksiz markası ilə yanaşı, Qaydaların tələblərinə uyğun olaraq məcburi nişanlama da tətbiq edilir;

 

- Dövlət Vergi Xidməti tərəfindən bu Qərarın 4 tələbləri nəzərə alınmaqla, nəzərdə tutulmuş müddətin başa çatması barədə Sistem vasitəsilə bildiriş göndərildikdən sonra tütün məmulatlarına markalar yalnız Qaydaların uyğun olaraq tətbiq edilir və qeyd olunan müddət ərzində sifarişçilər tütün məmulatlarına tətbiq edilmək üçün alınmış məcburi nişanlamaya görə “Dövlət rüsumu haqqında” qanuna olaraq dövlət rüsumundan azad olunurlar.

 

Qaydalarda nəzərdə tutulmuş müddət ərzində yarana biləcək qüsurların aradan qaldırılması məqsədilə Dövlət Vergi Xidməti həmin müddəti hər dəfə 1 (bir) aydan çox olmamaq şərtilə 5 (beş) dəfə uzada bilər.

 

Aksiz markası aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası, məcburi nişanlama bu Qaydalarla müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər, DataMatrix kodu informasiyanı qrafik şəkildə təsvir edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət olan ikiölçülü (2D) matriks ştrixkodu, əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) qlobal standart (GS1) tərəfindən yaradılan, üzərində ştrix kodları və rəqəmləri əks etdirən, hər bir məhsul vahidini identifikasiya edən və məhsulun növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi, Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi ( Sistem) istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına (o cümlədən ictimai iaşə obyektlərində) nəzarəti həyata keçirən və bununla bağlı məlumatları (o cümlədən malların növünə və çeşidinə dair məlumat) qeydə alan informasiya ehtiyatıdır.

 

Toplu bağlama markalanmış malların saxlanılması və daşınmasının asanlaşdırılması məqsədilə kiçikhəcmli qablaşdırmaların cəmlənərək komplektləşdiyi qrupdur.

 

Vergi Məcəlləsində nəzərdə tutulmuş aşağıdakı mallar (qablaşdırılmamış halda olan mallar istisna olmaqla) forması bu Qaydalara müəyyən olunmuş müvafiq marka ilə markalanır:

 

- içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);

 

- araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;

 

- şərab və şərab materialları;

 

- pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan);

 

- tütün məmulatları;

 

- elektron siqaretlər üçün maye;

 

- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;

 

-qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;

 

- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

 

Markalanmalı malların növündən asılı olaraq aşağıdakı markalar tətbiq olunur:

 

- içməli spirt, araq, pivə, habelə müsadirə olunmuş markalanmalı mallara - aksiz markası və məcburi nişanlama;

 

- tütün məmulatları, elektron siqaretlər üçün maye , istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları və birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri - bu markalanmalı mallara (müsadirə olunmuş mallar istisna olmaqla) - yalnız məcburi nişanlama.

 

Aksiz markaları tətbiq edilən mallar mənşəyi və təyinatından asılı olaraq aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:

 

“Daxili istehsal” - Azərbaycan Respublikasının ərazisində istehsal olunan içməli spirt, araq və pivəyə (rüsumsuz ticarət mağazalarında satılan mallar istisna olmaqla) tətbiq edilən aksiz markası;

 

“İdxal” - Azərbaycan Respublikasının hüdudlarından kənarda istehsal olunan və satış üçün Azərbaycan Respublikasının ərazisinə gətirilən olunan içməli spirt, araq və pivəyə (rüsumsuz ticarət mağazalarında satılan mallar istisna olmaqla) tətbiq edilən aksiz markası;

 

“Müsadirə” - məhkəmə qərarı ilə müsadirə edilmiş markalanmalı mallara tətbiq edilən aksiz markası. İdxal və ya yerli istehsal olmasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində rüsumsuz ticarət mağazalarında və ya azad (xüsusi) iqtisadi zonalarda satılan aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı mallara bu Qaydalarda nəzərdə tutulan markalar tətbiq edilmir.

 

Markalara dair ümumi tələblər bu Qaydalara Əlavə ilə müəyyən edilir.



Xəbəri paylaş

107 dəfə oxunub.

Digər xəbərlər