Saytımızı qiymətləndirin


 
 

Koreya Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Tarix: 28-02-2024 | Saat: 14:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Koreya Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının davamlı şəkildə inkişaf edəcəyinə əminəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərimiz genişlənmişdir. Son dövrlərdə enerji, infrastruktur, səhiyyə, “ağıllı kənd” və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən xüsusilə böyük məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcəkdir.

Sizə cansağlığı, Azərbaycan Respublikasına daimi inkişaf arzu edirəm".



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər