Saytımızı qiymətləndirin


 
 

Vaşinqton "Rusiya taktikası"nı ifşa etdi - 280 səhifəlik HESABAT
Tarix: 27-02-2024 | Saat: 10:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vaşinqton

 

ABŞ ordusunun xüsusi mərkəzi Rusiya ordusu ilə bağlı 280 səhifəlik hesabat dərc edib.

 

Qarabaginfo.az "Kommersant"a istinadən xəbər verir ki, sənəd “Rusiya taktikası” adlanır.

 

Sənəd Rusiyanın “silahlı qüvvələrinin taktikası, təşkilatlanması və hərəkətləri”nə həsr olunub. Hesabatda qeyd edilir ki, Rusiya “yenidən dünya gücü kimi tanınmaq istəyinə əsaslanan qlobal strategiya yürüdür”.

 

Sənəddə deyilir: “Qlobal güc kimi Rusiya öz periferiyasında yerləşən ölkələrə, xüsusən də keçmiş sovet dövlətlərinə sabitliyi təmin edə biləcəyinə, Qərbin liberal beynəlxalq sistemindən kənarda beynəlxalq siyasətə və hüquqa təsir edə biləcəyinə inanır”.

 

Hesabat müəlliflərinin fikrincə, Rusiya bu məqsədlərə nail olmaq üçün “regional dominantlığı qorumağa, öz milli maraqlarının və mövcud rejimin qorunmasını və təhlükəsizliyini təmin etməyə, xarici müdaxilələrə qarşı durmağa və qlobal güc kimi tanınmağa” diqqət yetirəcək.

 

“Rusiya hesab edir ki, regional üstünlüyünü saxlamaq onun yaxın xaricdə təsir göstərmək qabiliyyətini qoruyub saxlayacaq”, - sənəddə deyilir.

 

Hesabatın müəllifləri ABŞ və Rusiya arasındakı münasibətləri rəqabət şəraitində kimi xarakterizə edirlər. Vurğulanıb ki, Rusiyanın “ABŞ, NATO və liberal beynəlxalq sistemə rəqib kimi beynəlxalq mövqelərini gücləndirmək üçün səylərini davam etdirəcəyi” gözlənilir və buna nail olmaq üçün Rusiya hakimiyyəti, xüsusilə, “dünyanın ABŞ-ın güclü mövqeyə malik olmadığı regionlarında strateji tərəfdaşlıq əlaqələri qurmaq”, habelə “Rusiyaya dost rejimlərə siyasi, iqtisadi və hərbi dəstək göstərmək” niyyətindədir



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər