Tarix: 25-03-2022 | Saat: 06:33
Bölmə:Karusel / Dünya | çapa göndər
Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Şimali Koreya lideri qeyd edib ki, "KXDR-nin yeni strateji silahları bütün dünyaya strateji silahlı qüvvələrimizin gücünü bir daha aydın şəkildə dərk etməyə imkan verəcək".
Kim Çen In vurğulayıb ki, "milli müdafiə qüvvələri hər hansı hərbi təhdid və şantaj qarşısında dayanıqlı olan böyük hərbi-texniki imkanlara malik olacaq və ABŞ imperialistləri ilə uzunmüddətli qarşıdurmaya tam hazır vəziyyətdə saxlanılacaq".
Xatırladaq ki, martın 24-də KXDR qitələrarası ballistik raketi sınaqdan keçirib. Raket 6 200 kilometr hündürlüyə qalxıb və 1 080 kilometr məsafə qət edib.(Apa)
Digər xəbərlər