Saytımızı qiymətləndirin


 
 

“Vaqner”in 3 mindən çox üzvü döyüşlərdə öldürülüb
Tarix: 22-04-2022 | Saat: 08:14
Bölmə:Karusel / Region | çapa göndər

 “Vaqner”in 3 mindən çox üzvü döyüşlərdə öldürülüb

Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun 8 min əsgərinin Ukraynaya yerləşdirildiyi məlum olub.

Qarabaginfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Ukraynada gedən döyüşlərdə “Vaqner”çilərin böyük əksəriyyəti zərərsizləşdirilib.

Rusiya tərəfi bununla bağlı rəsmi statistika açıqlmasa da, Qərb mənbələri azı 3000 “Vaqner” üzvünün öldürüldüyünü iddia edir. Bildirilir ki, qeyd olunan rəqəmlər daha yüksək ola bilər. Hazırda bu barədə dəqiq məlumat yoxdur. 

Bundan əlavə, Qərb mətbuatında yer alan məlumata əsasən, “Vaqner” qruplaşmasına Ukraynada mülki sakinlərin qətlə yetirilməsi tapşırılıb. 

Qeyd edək ki, “Vaqner” Rusiya prezidenti Vladimir Putinin "şəxsi ordusu" kimi tanınır. Adıçəkilən muzdlu dəstəsi daha əvvəl Suriya, Sudan və Liviyadakı münaqişələrdə iştirak edib. Qrupun Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan məşhur rusiyalı milyarder Yevgeni Prijoqin tərəfindən maliyyələşdirildiyi iddia edilir.(Modern.az)



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər