ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərindəki ehtimal rəqibi Donald Trampdan üstün olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, Kaliforniyada keçirilən ianə aksiyasında Bayden Trampın siyasi zorakılığı dəstəklədiyini deyib.
ABŞ prezidentinin sözlərinə görə, bəzi jurnalistlər ona deyiblər ki, Tramp seçkidə qalib gəlsə, onları həbslə hədələdiyi üçün ölkəni tərk etməli olacaqlar.
Bayden Trampın qalib gəlməsinə mane olmağa çağırıb: “O, tamamilə açıq şəkildə bildirdi ki, sizin və bizim etdiyimiz hər şeyin əleyhinədir. Beləliklə, mənim xahişim təkcə Ağ Evi saxlamağımıza əmin olmaq deyil. Həm də Nümayəndələr Palatasını və Senatı qazanmalıyıq”.
Hazırda Nümayəndələr Palatası (ABŞ Konqresinin aşağı palatası) respublikaçılar tərəfindən idarə olunur, demokratlar isə Senatda (yuxarı palata) səslərin əksəriyyətinə malikdir.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək, andiçmə mərasimi isə 2025-ci ilin yanvarına planlaşdırılıb.