Tarix: 23-02-2024 | Saat: 16:56
Bölmə:Karusel / Dünya | çapa göndər
Macarıstanla İsveç “Gripen” döyüş təyyarələri ilə bağlı müqavilələr imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, müqavilələr İsveçin Baş naziri Ulf Kristerssonun Budapeşt səfəri çərçivəsində imzalanıb.
Bildirilib ki, müqavilələrdə Macarıstan Hərbi Hava Qüvvələri tərəfindən İsveç istehsalı olan “Gripen” döyüş təyyarələrinin istifadəsi və texniki xidmət göstərilməsi öz əksini tapıb.
Qeyd edək ki, İsveçin Baş naziri Ulf Kristersson Macarıstanın Baş naziri Viktor Orbanla ölkəsinin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün bu gün bu ölkəyə səfər edib.
Səfər İsveçin NATO-ya üzv olması ilə bağlı sazişin Macarıstan parlamenti tərəfindən ratifikasiyası ərəfəsində baş tutub. Macarıstan Şimali Atlantika Alyansında İsveçin müraciətini hələ təsdiqləməmiş qalan sonuncu ölkədir.
Fevralın 26-da Macarıstan parlamentinin yaz sessiyasının ilk iclasında bu məsələ ilə bağlı səsvermə gözlənilir.
Digər xəbərlər