Tarix: 23-02-2024 | Saat: 14:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir.
Qarabaqinfo.az ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Digər dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Hakimlərin öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək müddətə azaldılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur.
Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi təklif olunur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər xəbərlər