Saytımızı qiymətləndirin


 
 

Yağış yağacaq, duman olacaq - PROQNOZ
Tarix: 22-02-2024 | Saat: 13:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yağış yağacaq, duman olacaq - PROQNOZ

Fevralın 23-də Azərbaycanda gözlənilən hava pronozu açıqlanıb.

 

Milli Hidrometerologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər