Saytımızı qiymətləndirin


 
 

Britaniya Navalnının öldüyü həbsxananın rəhbərliyinə sanksiyalar tətbiq etdi- SİYAHI
Tarix: 21-02-2024 | Saat: 17:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Britaniya hökuməti rusiyalı müxalif siyasətçi Aleksey Navalnının öldüyü həbsxananın əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, sanksiya siyahısına müəssisənin rəisi, polkovnik Vadim Kalinin və onun müavinləri -Sergey Korjov, Vasili Vydrin, Vladimir Pilipçik, Aleksandr Qolyakov və Aleksandr Obraztsovun adı daxil edilib.
Həbsxana məmurlarına Böyük Britaniyaya giriş qadağan edilib və onların aktivləri dondurulacaq.

Qeyd olunur ki, bu şəxslərin hamısı Navalnının ölümünə səbəb olan kobud rəftara görə məsuliyyət daşıyırlar.
Böyük Britaniya siyasətçinin ölümündən sonra sanksiya tətbiq edən ilk ölkə oldu.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər