Saytımızı qiymətləndirin


 
 

Əli Əsədov Prezidentə TƏŞƏKKÜR ETDİ
Tarix: 16-02-2024 | Saat: 12:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əli Əsədov Prezidentə TƏŞƏKKÜR ETDİ

“Fürsətdən istifadə edərək müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm.  

Qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçımıza yüksək inam və etimadını göstərdi”.


Qarabaqinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında yenidən Baş nazir seçilən Əli Əsədov bildirib. 

 

“Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin Lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin etmişdir. 

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir.

 

Bu gün Azərbaycan postmüharibə dövrünün çağırışlarına uyğun olaraq yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır”,- deyə Baş nazir bildirib.

 

Qeyd edək ki, Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.



Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər