Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək?
Tarix: 16-02-2024 | Saat: 10:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək?

 

Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır. 

Qarabaginfo.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində keçirilən konfrans 16-18 fevral tarixlərində baş tutacaq. 

Konfrans çərçivəsində qlobal təhlükəsizlik məsələləri, iqlim dəyişiklikləri, müharibələr və digər təhdidlər müzakirə ediləcək.

 

Konfransda dünyanın bir çox dövlətinin liderləri, siyasətçiləri, iş adamları iştirak edəcək, müxtəlif panel müzakirələri, görüşlər təşkil olunacaq.

 

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq İqlim Diplomatiyasının Perspektivləri mövzusunda panel müzakirəsi aparılacaq. Gündəlikdə qeyd olunub ki, fevralın 17-də keçiriləcək müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı nəzərdə tutulub. 

 

Qeyd edək ki, dünən Almaniya kansleri Olaf Şolts İlham Əliyevə təbrik məktubunda konfransdan da bəhs edib. "Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam", - məktubda deyilir.

 

Onu da qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Münhenə yola düşüb. Gürcüstan Prezidenti Solome Zurabişvili, ABŞ Dövlət katibi Entoni Blinkenin və digər şəxslərin də konfranda iştirak edəcəyi gözlənilir.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər