Saytımızı qiymətləndirin


 
 

Ermənistanın sərhəd təxibatının arxasında dayanan 3 SƏBƏB
Tarix: 13-02-2024 | Saat: 16:16
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ermənistanın sərhəd təxibatının arxasında dayanan 3 SƏBƏB

Ermənistan ötən gün Azərbaycanla şərti sərhəddə iki təxribat törədib. Dünən saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

 

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Dünən gecə saatlarında həm də Tovuz atəşə tutulub.

 

Ordumuz Ermənistanın Zəngilan istiqamətində təxribatına cavab olaraq "qisas əməliyyatı" keçirib. Əməliyyat nəticəsində qarşı tərəfin döyüş postu darmadağın edilib. Ermənistan bir neçə hərbçisinin öldüyünü və yaralandığını açıqlayıb.
 

Məşhur britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında bildirib ki, təxribatın arxasında üç səbəb dayanır.

 

“Birincisi, onlar Ermənistan cəmiyyətində və siyasətində ən yüksək səviyyədə mövcud olan revanşist əhval-ruhiyyəni təmsil edirlər. Bu insanlar sülh prosesini pozmaq niyyətindədirlər və Qarabağın tarixi ilə bağlı öz miflərinə köklü şəkildə inanırlar", - o qeyd edib.

 

Ekspertin sözlərinə görə, İlham Əliyevin prezident seçkilərində yenidən seçilməsinin səbəblərindən biri də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi mühüm rol oynaması və sonradan bu faciənin aradan qaldırılması üçün həyata keçirilən antiterror tədbirləri ilə bağlıdır.

 

"Ermənilərin bu təxribatları onun nailiyyətlərinin gücünə şübhə yaratmaq məqsədi daşıyır. Üçüncüsü, onlar öz xalqının lideri kimi Nikol Paşinyanın zəif tərəflərini nümayiş etdirirlər, çünki o, ölkədəki revanşistləri idarə edə bilmir”.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər