Bu şəxslərin pensiya yaşı azaldıldı
Tarix: 13-02-2024 | Saat: 11:52
Bölmə:Karusel / Sosial | çapa göndər
1199 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-02-2024 | Saat: 11:52
Bölmə:Karusel / Sosial | çapa göndər

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Bunu Qarabaginfo.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklər ilə güzəştli şərtlər əsasında pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib: “Belə ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər. Millət vəkili qeyd edib ki, daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır: “Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yeniləşdirilməsi vacibdir”. Vüqar Bayramov əlavə edib ki, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur: “Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi”.
Xəbəri paylaş
Digər xəbərlər
23-01-2026, 11:17
Deputat "Azəriqaz" sözünə etiraz edib
18-03-2022, 22:12
Gəncədə beş yaşlı uşaq dünyasını dəyişib
7-07-2022, 20:09
“Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirildi - Fotolar
5-04-2022, 10:38
Prezident Yoal Razvozovu qəbul etdi
22-04-2024, 14:49
Netanyahu: ABŞ-nin sanksiya planına qarşı mübarizə aparılacaq
20-07-2023, 14:58
Otla dolu yük maşını yandı - FOTO
18-12-2020, 16:19
.Prezident İlham Əliyev: "Ermənistan rəhbərliyi təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı"
2-06-2025, 12:15
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ
4-10-2024, 17:35
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
















