Saytımızı qiymətləndirin


 
 

Ukrayna Ali Radasının vitse-spikeri: "Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk"
Tarix: 28-05-2024 | Saat: 21:10
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya-Ukrayna müharibəsi: hər iki tərəf kritik vəziyyət qarşısında

"Azərbaycanlı dostlarımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik!".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk "Facebook" hesabında paylaşıb

Bildirilib ki, 106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılıb, eyni zamanda Azərbaycan Parlamenti də yaradılıb:

"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk. Rusiyanın genişmiqyaslı işğalından bəri göstərilən mühüm və davamlı humanitar yardıma görə təşəkkür edirik. Müharibədən zərər çəkmiş ukraynalı uşaqların istirahəti və reabilitasiyası üçün səmimi və qonaqpərvər qəbula görə minnətdarıq. Biz Azərbaycanın Ukrayna ərazisində humnitar minatəmizləmə işinə verdiyi maddi töhfəni yüksək qiymətləndiririk. Bu günü Azərbaycan xüsusilə xoşbəxt bir atmosferdə - beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qeyd edir. Azərbaycan xalqına dayanıqlı sülh, əmin-amanlıq, azad olunmuş ərazilərin yenidən qurulması və inteqrasiyasını arzulayıram!".



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər