Saytımızı qiymətləndirin


 
 

Putinin müsahibəsi Ukraynaya yardıma qarşı çıxanların mövqeyini möhkəmləndirə bilər
Tarix: 09-02-2024 | Saat: 17:44
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsindən sonra ABŞ administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı siyasəti dəyişməyəcək. Lakin bu, Kiyevə yardımın əleyhdarlarını gücləndirə bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen bildirib.

Onun sözlərinə görə, müsahibənin ABŞ prezidenti Co Baydenə təsir etdiyinə dair hər hansı əlamət yoxdur: “Təəssüf ki, mən bunun Bayden, Blinken, Nuland və Sallivana təsir etdiyini görmürəm. Bununla belə, ABŞ Konqresində Ukraynaya yardımın ayrılmasına qarşı çıxan respublikaçıların mövqeyi möhkəmlənə bilər. Bunu seçkilərdən sonra daha dəqiq demək olar”.



Xəbəri paylaş

1137 dəfə oxunub.

Digər xəbərlər