Ukrayna Prezidenti Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını istefaya göndərib.
Qarabaginfo.az bildirir ki, Zelenski bu barədə rəsmən elan edib.
Dövlət başçısı bu barədə öz Telegram kanalında məlumat verib.
“Mən general Valeri Zalujnı ilə görüşdüm. Ukraynanı iki il müdafiə etdiyinə görə təşəkkür edirəm. Biz Ukrayna silahlı qüvvələrinin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə etdik. Biz həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə elədik”, – deyə məlumatda bildirilir.
Zelenskinin sözlərinə görə, hərbi rəhbərliyi yeniləməyin vaxtı indidir. O qeyd edib ki, Zalujnı komandada qalmağa dəvət edib.