Saytımızı qiymətləndirin


 
 

“Rusiya ilə müharibəyə təcili hazırlaşmaq lazımdır”- Polşa müdafiə naziri
Tarix: 06-02-2024 | Saat: 14:36
Bölmə:Karusel / Region | çapa göndər

Polşa hakimiyyəti Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyanın bu ölkəyə hücumunu istisna etmir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

Onun sözlərinə görə, Rusiya ilə müharibəyə hazırlaşmaq lazımdır: “Getdikcə daha az vaxtımız qalır. Mən bütün ssenariləri qəbul edirəm və onların ən pisini tamamilə ciddiyə alıram. Bu gün düşmüş olduğumuz vəziyyətdə müdafiə nazirinin tapşırığı budur”.

Kamış qeyd edib ki, Polşa Müdafiə Nazirliyi artıq bu təhlükə fonunda konkret addımlar atmağa, o cümlədən hərbi texnikadakı boşluqların aradan qaldırılmasına başlayıb. Belə ki, yeni hökumət hakimiyyətə gəldikdən sonra Polşanın müdafiə şirkətləri ilə 4 milyard avroluq silah tədarükü üçün müqavilələr bağlayıb.

Nazir əlavə edib ki, Polşa Avropa İttifaqının ümumi müdafiəsində çox mühüm rol oynamaq niyyətindədir və artıq 2024-2025-ci illərdə ölkənin bölmələri tam hazır vəziyyətdə Aİ-nin çevik reaksiya qüvvələrinin bir hissəsi olacaq.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər