Saytımızı qiymətləndirin


 
 

Erməni terrorçunun Xankəndidəki abidəsi GÖTÜRÜLDÜ
Tarix: 02-02-2024 | Saat: 17:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağ müharibəsində və Şuşanın işğalında iştirak etmiş erməni terrorçu Aşot Qulyanın Xankəndnin mərkəzində ucalan abidəsi tarixin zibilliyinə atılıb.

Erməni terrorçunun Xankəndidəki abidəsi GÖTÜRÜLDÜ

 

Qarabaqinfo.az  saytı xəbər verir ki, Ermənistan KİV-lərnin hay-küylə yaydığı bu məlumatı azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev təsdiqləyib.
 

Abidə Xankəndi Universitetinin qarşısındakı parkda yerləşirdi.
 

Aşot Qulyan 1959-cu ildı Bakı şəhərində anadan olub. 1975-ci ildə Qulyanlar ailəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndində, daha sonra isə Xankəndi şəhərinə köçüb.

Qulyan 1992-ci ildə Qarabağda dinc azərbaycanlı əhalinin qırğınlarında iştirak edib. O,  Aşot Xocalı soqyırımını törədən fəal erməni döyüşçülərdən biri olub.  

Bekor ləqəbi ilə tanınmış Aşot Qulyan öz batalyonu ilə birlikdə Şuşanın işğalında da yaxından iştirak edib.

Onun batalyonu Əsgəran, Hadrut, Aşağı Ağcakənd, Daşaltı, Xocavənd və Xocalı məntəqələrinin işğal olunması əməliyyatlarında fəallıq göstərib.

O, 1992-ci ildə Ağdərə rayonunnun Ballıqaya kəndi istiqamətində Azərbaycan Ordusunun snayper atəşilə məhv edilib.

Ermənilər bu terrorçuya "Artsax qəhrəmanı" adı vermiş və Xankəndidə ona abidə ucaltmışdılar.



Xəbəri paylaş

1149 dəfə oxunub.

Digər xəbərlər