Saytımızı qiymətləndirin


 
 

Sülhməramlılara məxsus 1 minik, 8 təminat maşını Xankəndindən Laçına maneəsiz keçid edib
Tarix: 04-01-2023 | Saat: 11:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Sülhməramlılara məxsus 1 minik, 8 təminat maşını Xankəndindən Laçına maneəsiz keçid edib - FOTO - VİDEO - YENİLƏNİB

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu gün sülhməramlılara məxsus bir minik, 8 təminat maşını Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşadan keçən Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, 24 gündür davam edən aksiyada iştirakçılar müxtəlif şüarlar səsləndirirlər.
Aksiya gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına uyğun heç bir insident müşahidə edilmədən baş tutub.

İştirakçıalr günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri Rusiya sülhməramlılarının postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun əraziyə gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şəraitin yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.



Xəbəri paylaş

1149 dəfə oxunub.

Digər xəbərlər