Saytımızı qiymətləndirin


 
 

“Çingizin şəhid olduğu yerə getmək istəyirik” - Milli Qəhrəmanın qardaşı
Tarix: 02-02-2024 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Çingizin şəhid olduğu yerə getmək istəyirik” - Milli Qəhrəmanın qardaşı

“Bilirsiniz ki, həmin ərazilər açıq səyahət üçün hələ ki bağlıdır. Biz də həmin ərazi (Xocalının Naxçıvanlı kəndi) işğaldan azad olunan kimi oraya getmək üçün müvafiq orqanlara müraciət etmişik və cavab gözləyirik”.

Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri mərhum telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı, fəaliyyəti dayandırılan ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev deyib.


Qardaşının adının Xocalıda əbədiləşdirilməsi ilə bağlı danışan S.Mustafayev daha sonra əlavə edib:

“Qaldı ki həmin ərazidə Milli Qəhrəman Çingiz Mustafayevə abidə ucaldılmasına, Milli Qəhrəmanlara ailəsi yox, dövlət abidə ucaldır. Əgər dövlət lazım biləcəksə, biz ailə kimi məmnuniyyətlə açılışda iştirak edərik. Amma bundan əvvəl biz həmin ərazini sadəcə ziyarət etmək istəyirik”.
 

Xatırladaq ki, Çingiz Mustafayev Azərbaycan tamaşaçısına bir çox reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıdakı çəkilişilə tanıyıb. Çingiz Mustafayevin məhz həmin videokadrları Ermənistanın imicini bütün dünyada ciddi sarsıntıya məruz qoyub.

Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı (keçmiş Naxçıvanik) kəndi yaxınlığında çəkiliş zamanı düşmən gülləsində tuş gələrək həlak olub.
 

Mərhum telejurnalist 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər