Saytımızı qiymətləndirin


 
 

Kimlər ödənişsiz parklanmadan istifadə edə bilər...
Tarix: 30-01-2024 | Saat: 10:48
Bölmə:Karusel / Sosial | çapa göndər

Kimlər ödənişsiz parklanmadan istifadə edə bilər...

 

Ötən il iyunun 25-də Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"ni təsdiq edib. Paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərində qiymətlər müəyyən edilib. 

 

Təsdiq edilmiş qərara görə, Bakının parklanma yerləri "Mərkəz", I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb. Hər saat üçün "Mərkəz"də 1 manat, I zonada 0,70 manat, II zonada 0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunacaq. Sonuncu IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsiz olacaq.
 

Qərarda göstərilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.

 

Ancaq ödənişsiz parklanma ilə bağlı bir sıra narazılıqlar səsləndirilib. Belə ki, bəzi sakinlər hər ünvana yalnız bir avtomobilin qeydiyyata salınmasından, digərləri iş yerləri və universitetlərin qarşısında ödənişsiz parklanmaların olmamasından şikayətlənib. 

 

Bir neçə gün əvvəl klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib. "Biz burada maşınlarımızı pulsuz saxlayırdıq. Lakin bir neçə gün öncə parklanmanı ödənişli etdilər. Belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır" - ifaçı bildirib.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ödənişsiz parklanma imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.


"Eyni yaşayış ünvanı üzrə qeydiyyatda olan hər vətəndaşın adına olan avtomobil üçün bir parklanma talonu verilir. Konkret olaraq qeyd etdiyiniz məsələyə gəlincə, ailədə üç nəfərin avtomobili varsa, bu nəqliyyat vasitələrinin hər biri ayrı-ayrılıqda bu ünvanda qeydiyyatda olan sakinlərin adına olmalıdır. Yalnız bu halda həmin ailənin hər bir üzvünə fərdi parklanma talonu verilir", - "Sputnik"ə verilən açıqlamada belə deyilir.

 

Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, lizinq yolu ilə avtomobil almış adam evinin yaxınlığındakı parklanmadan istifadə etmək üçün rəsmi lizinq müqaviləsinin sürəti lazımdır:

 

“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, fərdi parklanma talonuna müraciət üçün digər sənədlərlə yanaşı, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə həmin sənədlərin surəti tələb olunur.

 

Hüquqi şəxs tərəfindən nəqliyyat vasitəsinə dair Mülki Məcəllənin 362.5-ci maddəsinə uyğun olaraq, etibarnamə verildikdə, fərdi parklanma talonu üçün müraciət etmək mümkündür. Hər hansı bir binada qeydiyyat üzrə yaşayan şəxsin adına rəsmi lizinq müqaviləsi ilə avtomobil varsa, onun surəti təqdim edilməlidir”, - o, "oxu.az"a açıqlamasında bildirib.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər