Saytımızı qiymətləndirin


 
 

Ermənilər Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsini təkzib etdilər 
Tarix: 12-02-2021 | Saat: 16:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün səhər erməni mənşəli faşist Qaregin Njdeyə Azərbaycanın Xocavənd şəhərində qoyulan heykəlinin götürülməsi barədə xəbər yayılıb.


Qarabaginfo.az
 xəbər verir ki, xəbər Ermənistanda etiraz, Azərbaycanda isə sevinc hissi ilə qarşılanıb.

 

Amma Qarabağdakı separatçıların Xocavəndə təyin etdikləri “mer” Edik Avandesyan məlunatı təkzib edib. O, abidənin yerində durduğunu,  sadəcə heykəlin tamamlanması üçün xırda işlərin qaldığını deyib.


“Heykəl yerindədir, sadəcə o natamam qaldığı üçün üzərində bir az işləmək lazımdır. Müharibədən öncə, sentyabrın 26-da biz onu yerləşdirdik. Sonda usta gəlib yerində abidəni tam hazır etməli olsa da, müharibəyə görə hər şey yarımçıq qaldı”- deyə Avanesyan bildirib.


Onun sözlərinə görə, heykəl işləri tam yekunlaşdırmaq üçün ən pis halda studiyaya aparıla bilər.

 

Heykəlin demontaj olunmadığını sübuta yetirmək üçün sosial şəbəkələrdə Njdenin heykəlinin yeni foto və videogörüntüsü də yayılıb.


Xatırladaq ki, Qaregin Njede İkinci Dünya Müharibəsi sırasında Hitler Almaniyası ilə sıx əməkdaşlıq edib.( Modern.az)



Xəbəri paylaş

1344 dəfə oxunub.

Digər xəbərlər