Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev Türkiyəyə getdi - Fəxrəddin Altunla görüşdü
Tarix: 19-01-2024 | Saat: 15:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Hikmət Hacıyev Türkiyəyə getdi - Fəxrəddin Altunla görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

 

 Qarabaqinfo.az xəbər verir ki, bu barədə Fəxrəddin Altun paylaşım edib.

 

O, Türkiyədə görüşərək məhsuldar görüş keçirdiklərini bildirib.

“Regional və beynəlxalq müstəvidə dost və qardaş Türkiyə və Azərbaycan arasında informasiya, media və ictimai diplomatiya sahəsində, eyni zamanda, dezinformasiya ilə mübarizə sahəsində iş birliyini gücləndirməyə böyük əhəmiyyət veririk. Bundan sonrakı müddətdə media və informasiya sahəsindəki iş birliklərimizi artıracaq, beynəlxalq sahədə iki dost və qardaş ölkə olaraq həqiqət mübarizəmizi aparmağa davam edəcəyik”, - o qeyd edib.



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər