Tarix: 07-06-2022 | Saat: 18:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Prezident Zelenski “Financial Times”a müsahibəsində deyib. O, bildirib ki, qələbəni döyüş meydanında əldə etmək lazımdır. Ukrayna Prezidenti qeyd edib ki, rus qoşunlarının 100 günlük hücumu zamanı törətdiklərinə baxmayaraq o, sülh danışıqlarına açıqdır və bu danışıqlar Prezident Vladimir Putinlə üz-üzə aparılmalıdır.
Zelenski bəzi Qərb müttəfiqlərinin Kiyevi cəlb etmədən Rusiya ilə atəşkəslə bağlı danışıqlar aparmaq cəhdlərinin olduğunu qeyd da edib:
“Bizə Qərbin daimi marağı, Ukraynanın suverenliyinə Qərbin dəstəyi lazımdır. Ukraynanın arxasından heç vaxt danışıqlar aparıla bilməz”,-deyə o, bildirib.
Prezident deyib ki, bəzi Qərb hökumətləri Rusiyaya qarşı sanksiyaların iqtisadi nəticələrindən artıq yorulub və öz kommersiya maraqlarını qorumaq üçün sanksiyaları yumşaltmağın yollarını axtarırlar.
“Onlar həm Ukraynanı dəstəkləyirlər, həm də biznesin zərər görməməsi üçün sanksiyaları zəiflətmək üçün nə edilə biləcəyini yoxlayırlar”, - Zelenski bildirib.
O bildirib ki, müttəfiqləri Ukraynanı silahla təmin etməklə və Moskvaya qarşı iqtisadi sanksiyaları, o cümlədən neft və qaza tam embarqo tətbiq etməklə, Rusiyanı danışıqlar masasına oturtmaq üçün daha çox şey edə bilərlər.
Digər xəbərlər