Saytımızı qiymətləndirin


 
 

“Ramiz Rzayevin səlahiyyət müddəti bitib və rədd olub gedib, bu sistemdən” - Deputat
Tarix: 11-03-2023 | Saat: 16:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ramiz Rzayevin səlahiyyət müddəti bitib və rədd olub gedib, bu sistemdən” - Deputat

"Məhkəmə - ədalətin simvoludur. Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib və mən etik prinsiplərə əməl etmədən deyirəm ki, adam rədd olub gedib, bu sistemdən".

Qarabaginfo.az xəbər verir ki, bunu deputat Etibar Əliyev qeyd edib.

Deputatın sözlərinə görə, sabiq sədr nəyinsə müqabilində saxta diplomlu hakimləri müdafiə edib:

"Onları irəli çəkib. Bu adam aşağı məhkəmə orqanlarının qərarlarını maddi marağı səviyyəsində dəyərləndirib. Bu adam işində hər addımda Konstitusiyamızın maddələrini kobud şəkildə pozub. Bu adam məhkəməni şəxsi mülkiyyətinə çevirmişdi. Ən varlı adamlardan biridir. Obyektlərinin evlərinin sayının həddi - hüdudu yoxdur. Və bu adamın işdən rədd olunmasını dəstəkləyən bir müsbət fikir yoxdur. Məhkəmə sisteminə vurduğu ağır və sarsılmaz zərbələrin bərpası üçün böyük vaxt itkisi tələb olunacaq. Məhkəmə sistemində də toy - bayramdır".(Yenisabah.az)



Xəbəri paylaş

1131 dəfə oxunub.

Digər xəbərlər