Saytımızı qiymətləndirin


 
 

Yeni Klinikada yenilik - ürək qapaqlarının əməliyyatları icra olunacaq
Tarix: 19-01-2024 | Saat: 11:37
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Yeni Klinikada yenilik - ürək qapaqlarının əməliyyatları icra olunacaq

 

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Ürək-damar Cərrahiyyəsi Mərkəzində mürəkkəb və bahalı əməliyyatlardan hesab edilən ürək qapaqlarının dəyişdirilməsi və bərpası əməliyyatlarının icrasına başlanılıb.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib.
 

“Yeni Klinikada bu əməliyyat ilk dəfə 73 yaşında qadın üzərində 5 saat davam edib və uğurla başa çatıb. Əməliyyat tibb müəssisəsinin ürək-damar cərrahiyyəsinin peşəkar komandası və bu komandaya yeni qoşulmuş türkiyəli tanınmış ürək-damar cərrahı Op. Uzm. Dr. Özgür Kocamaz tərəfindən icra olunub”, - E.Hidayətoğlu deyib.

Klinikada həmçinin aortal və mitral qapaqların dəyişdirilməsi və ya valvuloplastikası, aorta disseksiya cərrahiyyəsi, torakal və qarın aorta anevrizmalarının endovaskulyar (TEVAR, EVAR) və açıq üsullarla müalicəsi, minimal invaziv və ya sternotomiya ilə aorta koronar şuntlama, anadangəlmə ürək qüsurlarının, yuxu arteriyası, periferik damar və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.
 

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının bu günədək özəl tibb müəssisələrdə və ya xarici ölkələrdə kifayət qədər yüksək məbləğdə etdirdiyi cərrahi əməliyyatlar artıq Cənubi Qafqazın ən böyük tibb müəssisəsinə çevrilən Yeni Klinikada həyata keçirilir. Bu əməliyyatların hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində peşəkar tibbi heyət tərəfindən icra olunur.



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər