Tarix: 02-05-2023 | Saat: 14:00
Bölmə:Karusel / Region | çapa göndər
"Ermənistan Vaşinqtonda Azərbaycanla davam edən danışıqlardan maksimum nəticə gözləyir".
Qarabaginfo.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin "Mülki Müqavilə" fraksiyasının deputatı Arman Yeqoyan bu gün keçirdiyi brifinqdə deyib.
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Vaşinqtonda davam edən danışıqlardan danışan Yeqoyan gözləntilərini dilə gətirib: “Danışıqlar Ermənistan-Azərbaycan münasibətlərinin bütün spektrini, bütün həll olunmamış məsələləri əhatə edir. Və təbii ki, bütün bu məsələlərdə razılığa gəlmək üçün hər şey ediləcək”.
Yeqoyan hər iki tərəfin özləri üçün faydalı olan həll yollarına nail olmağa çalışdığını qeyd edib.
Yeqoyan onu da əlavə edib ki, Ermənistan və Azərbaycanın mütəmadi olaraq bir-birinə öz təkliflərini verərək ötürdükləri sənəd “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə” adlanır. Yeqoyan bu sənədin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.
Sülh müqaviləsi əvəzinə bu adın seçilib-seçilməməsi ilə bağlı suala Yeqoyan belə cavab verib: “Elə danışıq üslubu var ki, orada insanlar müəyyən hadisələri ifadə edirlər. Hüquqi sənədlərdə hüquqi ifadələrin qəbul olunduğu hüquqi dil var. Çox vaxt bu dillər fərqli olur".
Digər xəbərlər