Tarix: 16-01-2024 | Saat: 10:48
Bölmə:Karusel / Təhsil | çapa göndər
"676 təhsil müəssisəsi istiliklə təmin edilib".
Qarabaginfo.az xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülüb: “Hər il olduğu kimi bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlərin aparılıb”.
O əlavə edib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 248-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 428-i isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir.
Səccət Mahmudov monitorinqlər nəticəsində problemlər aşkar olunan məktəb və bağçalarda təmir-bərpa işləri aparıldığını, gündəlik yarana bilən zəruri ehtiyacların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlər görüldüyünü, təhsilin fasiləsizliyinə və səmərəli tədris mühitinin təmin olunmasına xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.
Digər xəbərlər