Tarix: 15-01-2024 | Saat: 16:26
Bölmə:Karusel / Dünya | çapa göndər
Qazaxıstanda 2022-ci ilin yanvarında törədilmiş kütləvi iğtişaşlarla əlaqədar 1396 nəfər məhkum edilib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında bildirilib.
Bildirilib ki, işin istintaqı davam edir. Baş Prokurorluq xatırladıb ki, iğtişaşlar zamanı 2960 silah oğurlanıb, onlardan 1000-dən çoxu aşkar edilib. Qalan silahların axtarışı davam edir.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb - ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən respublikanın köhnə paytaxtı və ən böyük şəhəri Alma-Ataya yayılıb: orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum edib, silahları götürüblər.
Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatı keçirib. Vəziyyəti sabitləşdirmək üçün ölkəyə KTMT sülhməramlıları göndərilib. Onların vəzifələri hökumət və hərbi obyektləri qorumaq və hüquq-mühafizə qüvvələrinə kömək göstərmək idi.
Baş Prokurorluğunun son məlumatlarına görə, iğtişaşlar nəticəsində 238 nəfər ölüb, onlardan 19-u təhlükəsizlik işçisidir.
Digər xəbərlər