Saytımızı qiymətləndirin


 
 

Rusiya prezidentliyinə namizədlərin sayı açıqlanıb
Tarix: 11-01-2024 | Saat: 15:32
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiyada prezident seçkiləri kampaniyasında 11 nəfər iştirak edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova komissiyanın iclası zamanı bildirib.

Onun sözlərinə görə, səkkiz namizəd siyasi partiyalar tərəfindən irəli sürülüb. Daha üç nəfər isə namizədliyini özü irəli sürüb.

“İndiki mərhələdə müxtəlif mərhələlərdə olsa da, 11 nəfər seçki kampaniyasında iştirak edir. Onlardan səkkizinin namizədliyi siyasi partiyalar irəli sürüb”, – Pamfilova deyib.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər
23-01-2023, 10:09 Lavrov CAR-da səfərdədir