Saytımızı qiymətləndirin


 
 

MSK sədri: Tələb edəcəm ki, beynəlxalq müşahidəçilər azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsin
Tarix: 11-01-2024 | Saat: 12:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

MSK sədri: Tələb edəcəm ki, beynəlxalq müşahidəçilər azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsin

Azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrinə böyük beynəlxalq müşahidə missiyasının getməsinə çalışacağıq.

Qarabaginfo.az xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ATƏT-in təşkilatı, digər beynəlxalq müşahidəçilər seçki barədə fikrini bildirəcəklər: “Çatışan tərəfi onlar təqdir etməli, çatışmayan tərəfləri də bildirməlidirlər ki, əməkdaşlıq çərçivəsində biz onu aradan qaldıraq. Mən hamımızın adından tələb edəcəm ki, Xankəndi başda olmaqla azad edilmiş ərazilərdə qurulan seçki məntəqələrinə beynəlxalq müşahidəçilər getsin. Orada başqa millətlərin nümayəndələri də yaşayır və onlar da gəlib səsvermədə iştirak etsin. Öz görüşlərimizdə də mən təklif etmişəm ki, azad edilmiş ərazilərdə də səsvermənin necə getdiyini müşahidə etsinlər”.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər