Saytımızı qiymətləndirin


 
 

Ukrayna PUA-larla Rusiyanın bir sıra vilayətlərinə hucum edib
Tarix: 11-01-2024 | Saat: 10:14
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna PUA-larla Rusiyanın bir sıra vilayətlərinə hucum edib. 

Qarabaginfo.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Rostov, Tula və Kaluqa vilayətləri üzərində Ukraynaya məxsus üç pilotsuz uçuş aparatını (PUA) vurub.

“Yanvarın 11-də Moskva vaxtı ilə saat 04:30 radələrində Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror törətmək cəhdinin qarşısı alınıb. Rostov, Tula və Kaluqa vilayətləri ərazisi üzərində Ukraynaya məxsus üç pilotsuz uçuş aparatı ələ keçirilib”, – deyə MN -dən bildiriblər.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşanın sözlərinə görə, Kaluqada nasos stansiyasının həndəvərində PUA partlayıb. “Bu səhər Kaluqa şəhərinin kənarında PUA nasos stansiyasının texniki konstruksiyası üzərində partladı. Partlayış nəticəsində binaya ziyan dəyib. Yanğın və xəsarət alan olmayıb”, – o, Telegram kanalında yazıb.

Hadisə yerində əməliyyat qrupları işləyir.



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər