Saytımızı qiymətləndirin


 
 

Paşinyan "dedovşina" ilə bağlı tapşırıq verdi
Tarix: 10-01-2024 | Saat: 12:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə etmək üçün ölkənin Müdafiə Nazirliyinə baş çəkib.

 

Qarabaqinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda mühəndis-istehkam qurğularının təchiz edilməsi, kazarmaların tikintisi, silah və hərbi texnika ilə təchiz edilməsi, qoşunların döyüş qabiliyyətinin və nizam-intizamı, şəxsi heyətin döyüş hazırlığının keyfiyyəti istiqamətində görülən işlər, hökumətin qərarı ilə həyata keçirilmiş icra proqramları təqdim edilib.

 

"Silahlı Qüvvələrdə mövcud problemlərə, “dedovşina”nın qarşısının alınması istiqamətində görülən işlərə toxunulub. Baş nazir bu kontekstdə məsul şəxslərə konkret tapşırıqlar verib, nizam-intizamın yüksəldilməsi istiqamətində tədbirlərin daimi və ardıcıl həyata keçirilməsinin vacibliyini vurğulayıb", - məlumatda deyilir.



Xəbəri paylaş

157 dəfə oxunub.

Digər xəbərlər