Saytımızı qiymətləndirin


 
 

Milli Məclis Prezident İlham Əliyev və birinci xanımı təbrik edib
Tarix: 30-12-2023 | Saat: 13:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib.

Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.



Xəbəri paylaş

1172 dəfə oxunub.

Digər xəbərlər