Saytımızı qiymətləndirin


 
 

“Astananın “Taliban”la bağlı qərarı Əfqanıstanın təcriddən çıxmasına kömək edəcək”- Rusiya XİN
Tarix: 29-12-2023 | Saat: 16:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Qazaxıstanın “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarı Əfqanıstanın beynəlxalq təcriddən çıxarılmasına kömək edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu qərar Əfqanıstan əhalisinə humanitar dəstək üçün yeni imkanlar açacaq, həmçinin regional təhlükəsizliyin qorunması, terrorizm və narkotik cinayətləri ilə mübarizə səylərinə müsbət təsir göstərəcək.

“Bu addım Əfqanıstanı beynəlxalq təcriddən çıxarmağa və qlobal siyasi və iqtisadi proseslərə daha da inteqrasiya etməyə kömək edəcək və Əfqanıstan əhalisinə humanitar dəstək üçün yeni imkanlar açacaq”, – XİN rəsmisi deyib.

Qazaxıstan hökumətinin “Taliban” hərəkatını qadağan olunmuş təşkilatlar siyahısından çıxarması faktı dekabrın 29-da məlum olub. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarovun sözlərinə görə, ölkə hakimiyyəti BMT praktikasına uyğun olaraq siyahıya mütəmadi olaraq baxır.



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər