Saytımızı qiymətləndirin


 
 

Ovçuluqla bağlı qaydalar dəyişdi
Tarix: 28-12-2023 | Saat: 13:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ovçuluqla bağlı qaydalar dəyişdi

Ovçular vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatları, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verməlidirlər.

 

Qarabaqinfo.az -ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

“Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən, ovçuluq təsərrüfatları da vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verməlidir.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər