Saytımızı qiymətləndirin


 
 

Müdafiə nazirinin müavini “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak edib
Tarix: 24-08-2021 | Saat: 12:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müdafiə nazirinin müavini “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak edib

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.



Xəbəri paylaş

291 dəfə oxunub.

Digər xəbərlər