Saytımızı qiymətləndirin


 
 

Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
Tarix: 28-12-2023 | Saat: 10:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi   

 

 

Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi

Gün ərzində küləyin daha da güclənəcəyini nəzərə alaraq ehtiyatlı davranmaq tövsiyə olunur.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

 

“Sinoptiklər Bakı və Abşeron yarımadasında gecə saatlarından başlanan küləyin sürətinin daha da artacağını proqnozlaşdırır. İndiki saatlarda da güclü külək əsdiyindən vətəndaşlardan xahiş edirik ki, evdən çıxarkən ehtiyat tədbirlərini unutmasınlar”.

 

"Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, gün ərzində küləyin sürəti saniyədə 33-38 metr arasında dəyişəcək. Bizim dəyişməz tövsiyəmiz isə odur ki, əhali ehtiyatlı olsun. Tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir.

 

Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir.

 

Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək."



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər