Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan “Çarskoe Selo”da ekskursiyada olublar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bu, onların 2023-cü ildə Qarabağ hadisələrindən və bölgənin tamamilə Bakının nəzarətinə keçməsindən sonra ilk görüşüdür”, – agentlik qeyd edir.
Qeyd edək ki, Sankt-Peterburqda MDB-nin sammiti keçirilir.. Günün birinci yarısında Azərbaycan prezidenti Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb.