Tarix: 21-12-2023 | Saat: 17:53
Bölmə:Karusel / Qarabağ / İdman | çapa göndər
“Hər kəsi təbrik edirəm. Burada ilk mətbuat konfransımdır”.
Qarabaginfo.az xəbər verir ki,51 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “Həddən artıq sevincliyəm. Neçə illər hamı bunu həsrətlə gözləyirdi. Başda cənab Prezident olmaqla Ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qəhrəmanlıqlarının sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzulayıram. Oyuna gəldikdə, məncə, danışmağa ehtiyac yoxdur. Bizim üçün çətin idi. Bir az həyəcan var idi. Oyundan çox başqa söhbətlər gedirdi. Futbolçular öz aralarında Şuşa, Xankəndi haqda danışırdılar. Son dəqiqədə maraqlı epizoddan qol vurduq. MOİK sona kimi mübarizə apardı. Onları təbrik edirəm”.
xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
- Rəqibdən bu cür oyun gözləyirdiniz?
- Düzü, belə də gözləmirdim. Amma rəqibin oyunlarına baxmışdıq. Çox yaxşı müdafiə olunub, əks-hücumda təhlükəli olurlar. Qalib gəldiyimiz üçün şadam.
- Kubokda növbəti oyunları da burada keçirmək ehtimalı var?
- Kubok oyunlarını burada keçirməyi istəyirik. Böyük ehtimalla bir matçı burada keçirə biləcəyik. Gələcəkdə bu barədə çox ciddi addımlar atılacaq.
- Cənab Prezident bildirdi ki, tezliklə Ağdamda "İmarət" stadionu tikiləcək. Bu, haqda düşüncələrimiz necədir?
- Çox xoşdur. Cənab Prezidentin əsl azərbaycanlı kimi siyasəti var. Bizim keçmişimizi qaytarmaq istəyir. "İmarət" qədim stadion olub. Belə bir düşüncəyə görə cənab Prezidentə təşəkkür edirəm. Stadion hazır olandan sonra böyük məmnuniyyətlə gedib orada oynayarıq.
- Riçard Almeydanın durumu nə yerdədir?
- Başından zədə aldı. Özünü yaxşı hiss etmədi və oyunu davam etdirə bilmədi.
- MOİK Premyer Liqada mübarizə apara bilər?
- Yəqin heyətlərini daha da genişləndirəcəklər. Bu gün bizə qarşı belə mübarizə aparmaqları gələcəyə ümid verir. Bu matçdan sonra ola bilər ki, rəhbərlik komandaya daha böyük diqqət ayırsın. Bu gün Xankəndidə oynamaqla tarixə düşdülər. Bu tarixi qoruyub saxlamaq lazımdır.
- "İmarət" stadionu bərpa olunandan sonra komanda Ağdama köçə bilər?
- Hazırda biz oyunlarımızı Bakıda keçiririk. "Qarabağ" Azərbaycanı təmsil edir. Gələcək planlar barədə daha sonra geniş fikir bildirə bilərik. Amma biz klub olaraq həmişə xalqımız üçün düzgün yol seçmək istəmişik. Gələcəkdə ən doğru qərar veriləcək.
- Artıq torpaqlarımız azad olunub. Bundan sonra "Qarabağ" oyunlara necə motivasiya olacaq?
- Dəfələrlə bildirmişəm ki, "Qarabağ" adı bizi həmişə məsuliyyətli edib. Bu o demək deyil ki, torpaqlarımız qayıdıb və bizə motivasiya vermək çətin olacaq. Biz heç vaxt şəhidlərimizi, qazilərimizi yaddan çıxarmayacağıq. Bu klubda olmaq bizə böyük bir motivasiya verir.
- Qolun vurulmasında azərbaycanlı futbolçuların iştirak etməsi sizin üçün xüsusidir?
- Xüsusi bir hiss dedikdə, mən onların hər uğuruna sevinirəm. Amma futbol kollektiv oyundur. İstənilən oyunçumuz qol vura bilər. Mən heç birinə fərq qoymuram.
- Stadion müasir futbolun tələblərinə nə dərəcədə cavab verir?
- Stadionda hər şey standartlara uyğundur. Sadəcə meydançanın ot örtüyü amili var. Bu, elə oyun idi ki, biz meydançanı düşünmürdük. Ot örtüyünün dəyişdirilməsi məncə, gələcək planlarda olacaq.
- Nəriman Axundzadə oyundan sonra müsahibə vermədi. Bildirdi ki, siz ona qadağa qoymusunuz. Bunun səbəbi nədir?
- Bu gün qadağa qoymamışdım. Bəzən Nərimanı müsahibələrdən uzaq edirəm. Daha çox futbolu düşünməyini istəyirəm.(Apasport)
Digər xəbərlər