Saytımızı qiymətləndirin


 
 

Türkiyə F-16 məsələsində ABŞ-dan qarşılıq gözləyir - Ərdoğan
Tarix: 19-12-2023 | Saat: 16:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə F-16 məsələsində ABŞ-dan qarşılıq gözləyir - Ərdoğan

 

Türkiyə İsveçin NATO-ya üzvlük protokolunun parlament tərəfindən təsdiqlənməsi müqabilində Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-dan qarşılıq gözləyir.

 

Qarabaginfo.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə dekabrın 18-də rəsmi səfərdə olduğu Macarıstandan qayıdarkən jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ankara, həmçinin İsveçin terrorla mübarizəyə dair verdiyi vədləri yerinə yetirməsini istəyir.

 

“Hesab edirəm ki, həm F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü, həm də Kanadanın öz vədlərini yerinə yetirmək məsələsində gözlədiyimiz pozitiv dəyişikliklər parlamentin bu istiqamətdə müsbət münasibətini sürətləndirəcək. Digər tərəfdən, biz İsveçin Vilnüsdə verdiyi vədlərin həyata keçiriləcəyini gözləyirik və hadisələri diqqətlə izləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər