Saytımızı qiymətləndirin


 
 

“Rusiya Ukraynanın qərb hissəsindəki ərazi mübahisələrinin həllinə qarışmayacaq”- PUTİN
Tarix: 19-12-2023 | Saat: 16:33
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Ukraynanın qərb hissəsindəki ərazi mübahisələrinin həllinə müdaxilə etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, tarix hər şeyi öz yerinə qoyacaq: “Rusiya buna qarışmayacaq, lakin öz ərazilərindən də imtina etməyəcək. Bunu həm Ukraynada, həm Avropada, həm də ABŞ-da hamı başa düşməlidir. Əgər danışıqlar aparmaq istəyirlərsə, aparsınlar. Bunu yalnız öz maraqlarımıza əsaslanaraq edəcəyik”, – Putin deyib.

Britaniyalı professor Kon Koflin daha əvvəl bildirmişdi ki, Qərb Ukraynanı parçalamağa və kapitulyasiyaya hazırdır. Çünki onların fikrincə, hərbi əməliyyatların davam etdirilməsi mənasızdır.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər