Ana Sayfa > Karusel / Region > “Rusiya Ukraynanın qərb hissəsindəki ərazi mübahisələrinin həllinə qarışmayacaq”- PUTİN

“Rusiya Ukraynanın qərb hissəsindəki ərazi mübahisələrinin həllinə qarışmayacaq”- PUTİN


19-12-2023, 16:33. Yazar: Admin

Rusiya Ukraynanın qərb hissəsindəki ərazi mübahisələrinin həllinə müdaxilə etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, tarix hər şeyi öz yerinə qoyacaq: “Rusiya buna qarışmayacaq, lakin öz ərazilərindən də imtina etməyəcək. Bunu həm Ukraynada, həm Avropada, həm də ABŞ-da hamı başa düşməlidir. Əgər danışıqlar aparmaq istəyirlərsə, aparsınlar. Bunu yalnız öz maraqlarımıza əsaslanaraq edəcəyik”, – Putin deyib.

Britaniyalı professor Kon Koflin daha əvvəl bildirmişdi ki, Qərb Ukraynanı parçalamağa və kapitulyasiyaya hazırdır. Çünki onların fikrincə, hərbi əməliyyatların davam etdirilməsi mənasızdır.


Geri dön