Saytımızı qiymətləndirin


 
 

Tramp: Rusiya, Çin və Şimali Koreya gizli nüvə sınaqları keçirir
Tarix: 03-11-2025 | Saat: 11:25
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp

Rusiya, Çin, Şimali Koreya və Pakistan gizli şəkildə nüvə silahı sınaqları keçirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, həmin ölkələr nüvə sınaqlarını yerin dərin qatlarında həyata keçirir və beynəlxalq ictimaiyyət bundan xəbərsiz qalır.

“Onlar sizə bu barədə danışmırlar. Və bilirsiniz, bu silahlar nə qədər güclü olsa da, dünya çox böyükdür. Onların harada sınaqlar keçirdiyini bilmək vacib deyil. Onlar bunu yerin dərinliklərində, insanların nələrin baş verdiyini anlamadığı yerdə edirlər. Siz sadəcə kiçik bir titrəyiş hiss edirsiniz”, – Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Rusiya və Çin artıq müxtəlif səviyyəli nüvə sınaqları həyata keçirir, ABŞ isə bu baxımdan geri qalır.

“Onlar sınaqlar aparır, biz isə yox. Biz də bunu etməliyik. Rusiya bir neçə gün əvvəl bəzi yeni tipli sınaqlar keçirməyə hazırlaşdığını bəyan etdi. Çin də bunu edir. Məncə, Şimali Koreya və Pakistan da eyni cür gizli testlər həyata keçirir”, – Tramp əlavə edib.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər
15-02-2022, 17:47 Beyl “Real”dan gedir