Saytımızı qiymətləndirin


 
 

Gömrük xidmətinə müraciətlərlə bağlı bir sıra tədbirlər optimallaşdırılıb
Tarix: 15-12-2023 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gömrük xidmətinə müraciətlərlə bağlı bir sıra tədbirlər optimallaşdırılıb

Gömrük xidmətinə müraciətlərlə bağlı bir sıra tədbirlər optimallaşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Baş Gömrük İdarəsinə təşkil olunan mediaturda məlumat verilib.

Optimallaşdırılan tədbirlər sırasına, müraciətlərin real vaxt rejimində qəbul edilməsi, vətəndaş qəbulunun elektron növbə əsasında qəbul edilməsi, gömrük ombudsmanının təşkil edilməsi və Baş idarə rəisi ilə birbaşa QR code vasitəsi ilə əlaqə saxlamaq daxildir.

Eyni zamanda gömrük xidmət mərkəzinin qarşıda duran hədədləri açıqlanıb.

Bu hədəflər, inteqrə edilmiş zəng, sms, elektron sistemin yaradılması, elektron müraciət köşkünün yaradılması, elektronlaşma nəticəsində fiziki müraciətlərin minimuma endirilməsidir.

Həmçinin qeyd edilib ki, elektron müraciətlərdə artım qeydə alınıb. Elektronlaşdirma nəticədə fiziki müraciətlərin sayı minimuma endirilir.

Gömrük əməliyyatlarının 60 faizi aşağı risk 40 faizi orta 10 faizi isə yuxarı risk qruplarına aiddir.

Gömrük rəsmiləşdirilməsi ilə bağlı operativ işlərin görülməsi üçün mütəmadi tədbirlər aparılır.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər