Saytımızı qiymətləndirin


 
 

Qarabağdan Rusiya yox, Ermənistan çıxıb - Putin
Tarix: 14-12-2023 | Saat: 16:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Qarabağdan Rusiya yox, Ermənistan çıxıb - Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, Ermənistanın MDB və ya Aİİ, KTMT üzvlüyünə xitam verilməsini bu ölkənin maraqlarına uyğun hesab etmir.

 

Qarabaqinfo.az"Sputnik"ə istinadən xəbər verir ki, Putin keçirdiyi illik mətbuat konfransında bu barədə danışıb.

 

O, həmçinin bəyan edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistan olub:

 

"Qarabağı tərk edən Rusiya deyil. Erməni tərəfdaşlar “belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”.

 

"Ermənistanın baş nazirinin MDB və KTMT sammitlərində iştirak etməməsi müəyyən proseslərlə bağlıdır və bu birliklərdə işləmək istəyi və ya istəməməsi ilə bağlı deyil. Bu mürəkkəb geosiyasi prosesdir, lakin MDB, Aİİ və ya KTMT-dən çıxmaq Ermənistanın maraqlarına uyğun deyil”, - Rusiya prezidenti əlavə edib.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər