Saytımızı qiymətləndirin


 
 

Ermənistan səhiyyə naziri: Təhvil verilən 32 hərbçinin müalicəyə ehtiyacı yoxdur
Tarix: 14-12-2023 | Saat: 13:10
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan səhiyyə naziri: Təhvil verilən 32 hərbçinin müalicəyə ehtiyacı yoxdur

Azərbaycanın təhvil verdiyi 32 erməni hərbçinin müalicə və müayinə edilməsinə ehtiyac yoxdur.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri Anait Avanesyan bildirib.

O qeyd edib ki, təhvil verilən hərbçilərin mülki tibb mərkəzlərində müalicə və əlavə müayinəsinə ehtiyac yoxdur.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

Xatırladaq ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər